Azərbaycan internetin sürətinə görə GERİLƏDİ

 12:52 17.09.2022     553

Bu ilin avqust ayında Azərbaycan mobil internetin sürətinə görə digər ölkələr arasında 1 pillə geriləyib və 30,89 MB/S sürətlə 61-ci pillədə qərarlaşıb.

Bu barədə Redaktor.az “Speedtest Global Index”ə istinadən xəbər verir.

Məlumatda deyilir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 122-ci yerdə qərarlaşıb ki, bu da iyul ayı ilə müqayisədə 1 pillə geriləmədir. İyulda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 22,15 MB/S olub.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 182 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Sinqapur (219,01 MB/S), sonuncu yerdə isə Əfqanıstan (1,9 MB/S) qərarlaşıb.

Mobil operatorlarla bağlı siyahıda isə Norveç 122,77 MB/S sürətlə birinci, Kuba isə 4,15 MB/S sürətlə sonuncu 140-cı yerdə qərarlaşıb.