Bu rayonun icra başçısının müavini işdən çıxarıldı

 10:19 18.09.2022     1450

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova vəzifəsindən azad edilib.

Redaktor.az "report"a istinadla xəbər verir ki, o, öz ərizəsi ilə işdən azad edilib.

Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, o, bu vəzifəyə 2019-cu ildə təyin edilmişdi.

Vumart və Güvən reklamı Vumart Güvən