Goranboylular daha bir şəhidi ilə vidalaşdı - FOTO

 10:56 18.09.2022     995

Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşmasında yaralanan Azərbaycan Ordusunun hərbiçisi gizir Qurbanov Yusif Asif oğlu hospitalda vəfat edib. Şəhidimiz Goranboyda dəfn edilib.

Redaktor.az xəbər verir ki, şəhidin yaşadığı Şəfəq kəndində vida mərasimi keçirilib.

Daha sonra şəhid Yusif Qurbanov kənd qəbiristanlığında torpağa tapşırılıb. Mərasim iştirakçıları şəhidimizi “Qarabağ Azərbaycandır”, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları səsləndirərək, son mənzilə yola salıblar. Dəfn mərasimində şəhidin yaxınları, rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri, kənd sakinləri, onun müəllimləri, hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağını icra başçısı Məhərrəm Quliyev tərəfindən şəhidin atasına təqdim edib.

Dəfndə fəxri qarovul düzülüb, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb. Qurbanov Yusif 44 günlük vətən müharibəsində iştirak edib. Həmin döyüşlərdə bir neçə dəfə yaralanıb.

Şəhidimiz nişanlı olub. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib (apa).

Qeyd edək ki, gizir Qurbanov Yusif Xüsusi Təyinatlı Qüvvələrə mənsub idi.

Şəhid Qurbanov Yusif Goranboyda dəfn edilib - FOTO  - YENİLƏNİB Şəhid Qurbanov Yusif Goranboyda dəfn edilib - FOTO  - YENİLƏNİB Şəhid Qurbanov Yusif Goranboyda dəfn edilib - FOTO  - YENİLƏNİB Şəhid Qurbanov Yusif Goranboyda dəfn edilib - FOTO  - YENİLƏNİB Şəhid Qurbanov Yusif Goranboyda dəfn edilib - FOTO  - YENİLƏNİB Şəhid Qurbanov Yusif Goranboyda dəfn edilib - FOTO  - YENİLƏNİB Şəhid Qurbanov Yusif Goranboyda dəfn edilib - FOTO  - YENİLƏNİB Şəhid Qurbanov Yusif Goranboyda dəfn edilib - FOTO  - YENİLƏNİB

22222