Nazir Misirin Azərbaycandakı səfiri ilə görüşdü

 11:09 19.09.2022     414

Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş olub. 

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Misir arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.