Bakıda yollar niyə bağlıdır? - FOTO

 13:21 19.09.2022     824

Son günlər məktəblərin və universitetlərin başlanması ilə əlaqədar olaraq yollarda tıxaclar artıb. Bu gün Bayıldan Azneftə gələn yolda hərəkət 1 saatdan çox tamamilə dayanmış vəziyyətdə olub

Mövzu ilə bağlı Redaktor.az-a danışan Bakı Nəqliyyat Aqentliyinin mətbuat katibi Mayis Ağayevin sözlərinə görə, tıxac səbəbilə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkərində böyük gecikmələr əmələ gəlib:

Mais Ağayev də koronavirusa yoluxdu - VİDEO

Çünki həmin ərazidən keçən yolda avtobus zolağı olsa da, qaydalara riayət olunmur. Nəticədə Bayıl, 20-ci sahə və Qaradağdan şəhər mərkəzinə gələn sakinlər ciddi çətinliklə üzləşirlər.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Araz Ələsgərli də Bakıda Bayıl-Azneft istiqamətində daha çox sıxlıq olduğunu etiraf etdi.

Bakı şəhər DYP-nin media ilə iş bölməsinə kimin rəhbərlik edəcəyi məlum olub

Bəli, həftənin birinci günləri, bu istiqamətlərdə sıxlıq çox olur. Ona görə ki Azneft ərazisi Bakı-Salyan magistralı ilə cənub qapısından şəhərə daxil olan hissədir. Paytaxtın şəhərə daxil olmaq üçün iki istiqamətdə əsas qapıları var; şimal qapısı 20 Yanvar, cənub qapısı Bakı-Salyan şosesi. Həqiqətən də hər iki istiqmətdə son dərəcə sıxlıq müşahidə olunur. Birinci günlər səhər istiqamətində və beşinci günlər axşam isə əks istiqamətdə gedənlər üçün sıxlıqlar hədsiz dərəcədə çoxdur. Bunun da səbəbi iş həftəsinin başlaması ilə  iş başlayır, müxətlif regionlardan hansı ki, həftənin o beşinci günü gedənlər qayıdırlar. Ona görə də yüklənmə çoxdur. Təsəvvür edin ki, o yüklənmə şəhərin içərisinə də paylanır. Bunun üçün yalnız Bakı şəhər Dövlət Yol polisi olaraq həmin istiqamətdən hərəkəti yol polisi əməkdaşları nizamlamağa çalışırlar. Çünki bu təbii sıxlıqdır. Həmin girişdə artıq süni sıxlıqdan söhbət gedə bilməz. Müəyyən yolların hərəkətlər istiqaməti dəyişdirilir. Çünki şəhərə də  daxil olan avtomobillərin yerbəyer olunması var. Müxətlif küçə və prospektlərdə hərəkəti müəyyən istiqamətlərdə 10 dəq saxlayırlar ki, yol boşalsın. Bir küçədə istiqamət tənzimlənir digər prospektə 5-10 dəq yolu saxlayıb ötürürlər digər küçəyə. Yəni həqiqətən də sıxlıq son dərəcə çoxdur. Bu da yenə deyirəm avtomobil sayının çox olmasından irəli gəlir və yollarımızın da  bu qədər avtomobili götürmək qabiliyyəti üçün çətinlik yaradır. Bunun üçün tək yol polisindən nə gözləmək bir o qədər də sadə düşüncə tərzinə aid olan məsələdir. Bu qədər avtomobili idarə edənə demək olmaz ki, evinizdən avtomobillə çıxmayın”,- deyə A.Ələsgərli qeyd etdi.

Həmidə İbrahimova

 

22222