Prezident “Turizm işçiləri günü”nü dəyişdi - SƏRƏNCAM

 15:18 19.09.2022     254

Azərbaycanda “Turizm işçiləri günü” dəyişdirilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

“Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” Prezidentin 2016-cı il 1 sentyabr tarixli 2297 nömrəli sərəncamında dəyişiklik edilib. Dəyişikliyə əsasən “Turizm işçiləri günü” bundan sonra sentyabrın 27-də deyil, 29-da qeyd olunacaq.