Bakı metropoliteni işçilərinin peşə bayramı günü dəyişdirildi

 15:20 19.09.2022     470

Prezident İlham Əliyev “Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Redaktor.az xəbər verir ki, sərəncamla hər il noyabr ayının 6-sı Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunacaq.

İndiyədək metropoliten işçilərinin peşə bayramı 8 noyabrda qeyd olunurdu.

Qeyd edək ki, 8 noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.