"Azəriqaz"ın “Açıq mikrofon”u bu dəfə Ağdaş sakinləri üçün quruldu

 19:22 19.09.2022     365

Bu gün "Azəriqaz" İstehsalat Birliyinin Ağdaşda baş tutan "Səyyar qəbul otağı"nın imkanlarından ümumilikdə 10 sakin istifadə edib.

Redaktor.az sözügedən birliyə istinadən xəbər verir ki, müraciətlərdən 4-ü Qaradeyin, Abad və Ağzıbir kəndlərinin qazlaşdırılması ilə bağlı olub. Heydər Hüseynov, Ruzman Rəhimov və Nailə Həmidovanın bu istəyi ilə yanaşı, fərdi yaşayış evlərinin qazlaşdırılması, qaz xətlərinin yerinin dəyişdirilməsi, həmçinin küçə qaz xətlərinin çəkilməsi kimi müraciətlər də səsləndirilib. Aksiyada ünvanlanan müraciətlər Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən qeydə alınıb. Bəzi problemlərin araşdırılmasına qərar verilib.