Havada toz dumanı müşahidə edilir

 10:34 20.09.2022     979

Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, bu gün Bakıda və Abşeron yarımadasında zəif tozlu hava şəraiti müşahidə olunur.

Redaktor.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasovanın sözlərinə görə,  dispers toz hissəcikləri Səbail rayonunda 1,1 dəfə normadan yüksək qeydə alınıb.

“Sinoptik vəziyyətə və eyni zamanda toz proqnoz modellərinə əsasən, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir və gün ərzində davam edəcəyi gözlənilir”, - o əlavə edib.