"Atasığorta"ya sədr təyin edildi

“Atasığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Xətai İsmayılov sədr vəzifəsinə təsdiqlənib.
Bu barədə Redaktor.az-a şirkətdən bildirilib.
O, indiyə qədər "Atasığorta"nın sədr müavini olub və yeni vəzifəsində Orxan Məmmədovu əvəz edib.
Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.