Sabah bu rayon qazsız qalacaq

 13:05 20.09.2022     33191

Sabah Ağstafa rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Redaktor.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Tbilisi” yüksək təzyiqli magistral qaz kəmərinin Ağstafa rayonu ərazində olan hissəsində yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar sabah saat 10:00-dan etibarən işlər başa çatanadək “Ağstafa” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Ağstafa rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.