Ruslan Əliyev canlı yayımda sualları cavablandıracaq

 15:00 20.09.2022     476

Sentyabr ayının 21-də saat 15:00-da "Facebook" və "Instagram" (ruslanaliyev.official) sosial şəbəkələri üzərindən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin növbəti canlı yayımı planlaşdırılır.

Redaktor.az xəbər verir ki, bu barədə sözügedən qurumdan bildirlib.

Məlumatda qeyd olunub ki, baş direktor qaz təsərrüfatına dair istənilən sualı canlı yayımda cavablandıracaq.