Komitə sədri başı bəlalı qanun layihəsinn qəbulunu istəyir

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi artıq qəbul olunmalıdır, bu başı bəlalı qanundur”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
Əhliman Əmiraslanov bildirib ki, bu qanunun qəbul olunmaması Səhiyyə Nazirliyinə də problem yaradır:
“Ortada belə qanun olmadığı üçün Səhiyyə Nazirliyi də reproduktivliklə bağlı qərarlar qəbul edə bilmir. Biz hamımız çalışmalıyıq ki, payız sessiyasında artıq bu qanun qəbul olunsun” (apa).