Deputatdan şəhid ailələri, qazilər və digər imtiyazlı qruplarla bağlı TƏKLİF

 15:58 20.09.2022     617

“Bu gün onkoloji xəstəliklərə tutulanların sayında artım hiss olunur. Mənim dairəmdən olan bir şəhid anası var idi, oğlu şəhid olandan sonra bu xəstəliyə tutuldu”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat təklif edib ki, şəhid ailələri, qazilər və digər imtiyazlı qruplara aid olan onkoloji xəstəliklərin müalicəsində güzəştlər tətbiq edilsin.

Komitə sədri Əhliman Əmiraslanov isə bildirib ki, bu sahə icbari tibbi sığorta ilə əhatə olunsa, hər kəs üçün müalicə pulsuz olacaq (apa).