Hərbi-ekspert icra başçısını "yıxıb-sürüdü" - FOTO

 18:20 20.09.2022     729

"Son günlər Ermənistan ordusunun Azərbaycan əsgər və zabitlərinə qarşı bütün sərhədboyu ərazilərdə amansız təxribatı və çoxsaylı Şəhidlərimizin və yaralılarımızın olması hər kəsi dərindən sarsıdıb və hiddətləndirib. İndi bəzi saxta, süni vəzifəli məmurlar fürsətdən yararlanaraq özlərini müxtəlif pozlarda reklam etdirməyə, guya necə "diqqətcil" olduqlarını cəmiyyətimizə sırımaq istəyirlər".

Redaktor.az xəbər verir ki, bu sözləri hərbi-ekspert Üzeyir Cəfərov bəzi məmurların yaralı əsgərlərimizi ziyarət etməsini sosial şəbəkədə şərh edərkən deyib. Daha sonra Ü.Cəfərov Lənkəranın icra başçısı Taleh Qaraşovun yaralı əsgərlərimizi ziyarət edərkən ağ xalatdan və baxıldan istifadə etmədiyinə görə tənqid edib:

"Siz bu adamın xəstəxanaya "təşrif" etməsinə diqqət edin. Bu adamın özündə də bir qanacaq və elementar tərbiyyə olmalıydı ki, sən döyüşdə yaralanan əsgərin yanına gedirsən. Əyninə 1 ağ xalat geyməyi, ayağına baxıl taxmağı, ağzına maska taxmağı unudan bu Talen Qaraşov şəkil çəkib onu saytlar vasitəsiylə yaydırmağı nədənsə unutmayıb".

"Hərbi hospitalların rəhbərlərinə, adları çəkilən qurumların rəsmilərinə müraciət edirəm. Bir az diqqətli və ehtiyatlı olsunlar. Adi günlərdə rəhbəri olduqları rayonların yüzlərlə, minlərlə problem və qayğılarını saya salmayan şəxslər, nədənsə reklam üçün, özlərinin bivec rəhbərliyini ört-basdır etmək üçün bu cür ucuz artistlik edirlər. Tanrı Ordumuzu və Silahlı Qüvvələrimizi qorusun!", - deyə hərbi-ekspert Müdafiə Nazirliyİnə və Dövlət Sərhəd Xidmətinə ismarıc da yollayıb.

İLTİFAT

Возможно, это изображение 3 человека, люди сидят, люди стоят, костюм и в помещении

Возможно, это изображение 2 человека, люди сидят, люди стоят, в помещении и текст

Vumart və Güvən reklamı Vumart Güvən