KTMT-nin Baş katibi Ermənistana səfər etdi

 21:12 20.09.2022     408

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Ermənistana səfər edib.

Redaktor.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Zasın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti öyrənmək və deeskalasiya ilə bağlı təkliflər hazırlamaq üçün İrəvana gediblər.

Missiyaya KTMT-nin işçi orqanlarının əməkdaşları olan təşkilata üzv dövlətlərin nümayəndələri daxildir.