Baş prokuror işğaldan azad olmuş rayonda əməliyyat müşavirəsi keçirir - FOTO

 13:13 21.09.2022     225

Baş prokuror Kamran Əliyev işğaldan azad edilmiş Ağdam şəhərində əməliyyat müşavirəsi keçirir.

Redaktor.az xəbər verir ki, hazırda işğaldan azad edilmiş Ağdam şəhərində Baş Prokurorluğun rəhbərliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilir.

Baş prokuror Kamran Əliyev tədbirdə açılış nitqi ilə çıxış edib.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən informasiya təsdiq edilib.

2