Tanınmış idmançıya DİN-də vəzifə verildi

 13:35 21.09.2022     212

Tanınmış idmançı, polis polkovnik-leytenantı Eduard Məmmədov Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Redaktor.az xəbər verir ki, bu barədə idmançının özü "Report.az"a məlumat verib.

O bildirib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, DİN-in İdman Cəmiyyətinin sədri polis polkovniki Zemfira Meftahəddinovadır.