Ölkəmizə kiberhücumların sayı kəskin artıb - RƏSMİ

 14:43 21.09.2022     165

Son illər pandemiyanın yaratdığı çətinliklər və məsafədən işləmək informasiya təhlükəsizliyini aktual mövzulardan edib, kiberhücumların sayında kəskin intensivlik müşahidə olunub.

Redaktor.az xəbər verir ki, bu sözləri Bakıda PROSOL şirkəti tərəfindən keçirilən “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” (ICSD) adlı beynəlxalq konfransda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Azər Əhədov deyib.

Onun sözlərinə görə, hücumlar əsasən informasiya sistemlərinə yönəlib:

“Təəssüflə qeyd etmək lazımdır ki, individual kompüter istifadəçilərinin hədəf alınması, onların saxta keçidlərə yönləndirilməsi, hesablarının ələ keçirilməsi, bəzən şantaj edilməsi çətin olmur. Buna səbəb cəmiyyətimizdə kibergigiyenanın, kibertəhlükəsizliklə bağlı məlumatlılığın aşağı olmasıdır. Belə hücumlara qarşı özəl və dövlət qurumları aktiv çalışaraq qarşılıqlı surətdə işləməli, müxtəlif tədbirlər keçirilməli, gənc kadrlar yetişdirilməlidir”.