Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərarını dəyişmədi - YENİLƏNİB

 17:59 21.09.2022     396

Məhkəmə Əvəz Zeynallının vəkili tərəfindən verilmiş vəsatətə baxıb. Onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin edilməyib. Ə.Zeynallı barəsindəki həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Əvəz Zeynallı “Baku Steel Company” şirkətinin sabiq rəhbəri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılan Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Elçin Sadıqovun vasitəsilə R.Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynalov barəsində cinayət işi başlanıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qərardan verilən apellyasiya şikayəti də təmin olunmayıb.

***

Rüşvət alma ittihamı ilə həbs edilən tanınmış jurnalist, “Xural” TV-nin rəhbəri Əvəz Zeynallı ev dustaqlığına buraxılıb.

Redaktor.az xəbər verir ki, bu barədə həmkarı Aygün Muradxanlı hüquq müdafiəçisi Səidə Qocamanlıya istinadla məlumat yayıb.