"Bakcell" və "Nar"da problem yarandı - YENİLƏNİB

 21:04 21.09.2022     1740

Azərbaycanda “Nar” və “Bakcell” operatorlarının şəbəkələrində problem yaranıb.

Redaktor.az xəbər verir ki, “Bakcell”in məlumatına görə, texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb.

“Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür. Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək”, - deyə qurumdan bildirilib.

“Nar” da mövzu ilə bağlı açıqlama verib:

“Texniki çətinlik ilə əlaqədar şəbəkə xidmətlərimizdə müvəqqəti fasilə yaranmışdır. Hazırda heyətimiz xidmətlərin ən qısa zaman ərzində bərpa edilməsi üçün çalışır. Yaranmış texniki çətinliyə görə abunəçilərimizdən üzr istəyirik. Əlavə məlumat təqdim ediləcəkdir”, - deyə məlumatda bildirilib.

***

Azərbaycanda "Bakcell" və "Nar" operatorlarının şəbəkələrində problem yaranıb.

Redaktor.az xəbər verir ki, problemin aradan qaldırılması üçün işlər aparılır.

Telekommunikasiya xidmətləri göstərilən şirkətlərdən əldə edilən məlumata görə, problem tezliklə aradan qaldırılacaq.