Səudiyyə vəliəhdi Putinə hərbi əsirləri azad etdirdi

 21:20 21.09.2022     190

Rusiya Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın vasitəçiliyi ilə 10 hərbi əsiri azad edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Röyters” Səudiyyə Ərəbistanının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

Nümayəndənin sözlərinə görə, azad edilmiş hərbi əsirlər arasında ABŞ, Böyük Britaniya, İsveç, Xorvatiya və Mərakeş vətəndaşları da var. Hərbi əsirlərin olduğu təyyarə Səudiyyə Ərəbistanına çatıb.

Xatırladaq ki, BMT-nin baş katibi Antoniu Quterreş daha əvvəl demişdi ki, təşkilat Moskva və Kiyevdən “hamının hamıya" formatında məhbusların mübadiləsinə dair razılığa gəlməsini gözləyir.