“Azərsu”yun rəhbəri Masallıda vətəndaşları qəbul edəcək

 11:34 22.09.2022     210

Sentyabrın 28-də “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Redaktor.az quruma istinadən xəbər verir ki, qəbul saat 10:00-dan başlayaraq Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər.

Vətəndaşlar qəbul üçün Masallı və Yardımlı Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu”ya müraciət edə bilərlər.