Ruslan Əliyev bu cümə də media qarşısına çıxacaq

 13:28 22.09.2022     1118

“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 23 sentyabr saat 11:00-da başlayacaq.

Qurumdan Redaktor.az-a verilən məlumata görə, aksiya "Facebook" və "İnstagram" sosial şəbəkələri üzərindən canlı yayımlanacaq.

Vətəndaşların sualları da canlı yayım vasitəsilə hər iki sosial şəbəkə vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir. Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.

2