Ağsuda Vətən müharibəsi şəhidinin xatirəsi yad edildi - FOTO

 18:21 22.09.2022     453

Torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə qəhramanlıq göstərərək şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri şəhid Xəlilov Ceyhun Azər oğlunun 21-ci doğum günü doğulub boya-başa çatdığı Ağsu rayonunun Padarqışlaq kəndində kəndində qeyd olunub.

Redaktor.az xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının, Ağsu Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin nümayəndələri, şəhid ailələri, şəhidin yaxınları, kənd sakinləri, iştirak ediblər.

Əvvəlcə Ağsu rayonu Padaqışlaq kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Tədbirdə çıxış edənlər şəhid Xəlilov Ceyhun Azər oğlunun keçdiyi şərəfli ömür yolundan bəhs ediblər.

Daha sonra tədbir iştirakçıları şəhid Ceyhun Xəlilovun yaşadığı mənzildə yaradılmış ev müzeyi ilə tanış oldular.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Ceyhun Azər oğlu Xəlilov 2001-ci il sentyabrın 22-də Ağsu rayonunun Padarqışlaq kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsi başlayanda Ceyhun da döyüşlərə qatılıb. Tərtər istiqamətində gedən qızğın döyüşlərdə iştirak edib. Sentyabrın 29-da Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

TUNAY

222