"Azəristiliktəchizat" ASC "Azəriqaz"a olan borcunun 70 %-ni ödəyib" - Baş direktor

 12:09 23.09.2022     255

"Azəristiliktəchizat" ASC Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsal Birliyinə olan debitor borcunun 70 %-ini artıq ödəyib.

Redaktor.az xəbər verir ki, bu barədə bu gün media və QHT-lər üçün keçirilən "Açıq qapı" aksiyasında birliyin Baş direktoru Ruslan Əliyev bildirib.

O qeyd edib ki, son olaraq bu qurumun "Azəriqaz"a borcu 41 milyon manat təşkil edib.

Həmidə İbrahimova