“Laçın səfəri Ermənistana və onu dəstəkləyən qüvvələrə açıq və çox ciddi mesajdır" - Məlahət İbrahimqızı

 15:32 23.09.2022     469

"Bildiyimiz kimi bu günlərdə Azərbaycan Respublikasının Prezidenti və ölkəmizin Birinci xanımı işğaldan azad edilmiş Laçın rayonuna səfər edibdir. 
Ənənəvi və davamlı xarakter daşıyan bu səfər çağdaş dövlətçiliyimizin şanlı tarixinin qızıl səhifələrindəndir. Bu bir gerçəklikdir ki, Azərbaycan ictimaiyyəti eləcə də dünya azərbaycanlıları  möhtərəm Prezidentimizin hər səfərini səbirsizliklə, eyni zamanda qürurla izləyir. Hər kəs məmnuniyyətlə bu səfərdə işğaldan azad edilmiş ərazilərimizdə görülən quruculuq işlərlə bərabər, həm də Müzəffər Ali Baş Kamandanımızın hələ də vandal və cinayətkar erməni revanşistlərinə və onları dəstəkləyən xarici qüvvələrin  və ölkələrin ünvanına səsləndirəcəyi çıxışını izləyir".
 

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Laçın şəhərinə səfərini şərh edərkən bildirib.

Millət vəkili qeyd etdi ki, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərdən sonra işğaldan azad olunmuş bölgədə həyata keçirilən əzəmətli işlər Respublikamızın, həm də bütövlükdə bölgəmizin inkişafı baxımından dövlətimizin  prioritet məsələsidir:

"Möhtərəm Prezidendimiz bu haqda dəfələrlə çıxışlarında bölğədə yaranmış yeni reallıqlarının bölgə tarixinin yeni səhifələri olduğunu qeyd etmişdir. Dövlət başçısının birbaşa nəzarətində olan işğaldan azad edilmiş ərazilərdə  görülən və planlaşdırılan hər bir iş həm də bütövlükdə bölgənin dayanıqlı inkişafına və datanıqlı sülhə verilən töhfə olduğu səsləndirilmişdir. Çox təəssüflə bildirməliyik ki, müharibədən təxminən iki il keçməsinə baxmayaraq hələ də bölgənin təhlükəsizliyini Ermənistanın daxilindən və xaricdən çox ciddi təhdid edən  revanşist qüvvələr öz çirkin məqsədlərindən və əməllərindən əl çəkməyiblər. 
Bu mənada  ölkə rəhbərinin Laçın səfəri bütün cinayətkar ünsürlərə və eləcə də faşist mahiyyətli erməni ideoloqlarına çox sərt və kəskin cavabdır. Bu səfərin böyük geosiyasi, tarixi, iqtisadi və hüquqi əhəmiyyəti var. Laçında planlaşdırılmış yeni infrastruktur layihələri və əzəmətli tikinti-quruculuq işləri nəinki ölkə icitimaiyyəti tərəfindən minnətdarlıqla izlənir eyni zamanda  bu meqa layihələr beynəlxalq aləmdə , xüsusilə də dünya erməniliyinin də gündəmindədir. Bildiyimiz kimi Vətən müharibəsindən sonra da xaricdən gətirilmiş ermənilərin qanunsuz məskumlaşdırıldığı Laçın şəhəri, Zabux və Sus kəndləri ötən ay tamamilə təmizlənmişdi.
Mətbuatdan da izlədiyimiz kimi, Laçın səfər çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində salınan xüsusi önəmə və tarixi  əhəmiyyətə malik uzunluğu 76,3 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə tanış olan ölkəmizin başçısı həm də  “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində də iştirak edib.Qeyd etmək lazımdır ki, ümumi gücü 80 meqavatamper olacaq qovşaq funksiyasını daşıyacaq strateji əhəmiyyətə malik bu yarımstansiya istifadəyə veriləndən sonra Qarabağ və Şərqi Zəngəzurda enerjinin verilişində bir daha fasilə yaranmayacaq".

Məlahət İbrahimqızı hesab edir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Laçına səfəri sözün həqiqi mənasında tarixi səfərdir.

Bu səfər zamanı içtimaiyyət tərəfindən daha maraqla qarşılanan hadisələrdən biri də Prezident möhtərəm cənab İlham Əliyevin Laçın şəhərində müqəddəs bayrağımızın ucaldılmasından sonra dərin məzmunlu çıxışı oldu. Müzəffər Ali Baş Kamandanımız  çıxışında ölkə başçısı 44 günlük Vətən müharibəsi zamanı rusvayçı məğlubiyyətə uğrayan  Ermənistanın kapitulyasiya aktına imza atmasından, Azərbaycanın tarixi zəfərindən danışaraq, şəhidlərimizin canı-qanı bahasına, qəhrəman ordumuzun fədakarlığı sayəsində hazırda tarixi torpaqlarımızda olduğumuzu bildirdi.Qarabağla bağlı bütün danışıqlarda Azərbaycan xalqının işğalla barışmayacağını təkrar-təkrar söyləyən Prezidentimuz diplomatiyanın əldə edə bilmədiyi problemi hərb yolu ilə aradan qaldırıldığı haqda bir Qalib Sərkərdə kimi Laçında önəmli mesajlar verdi. Bu, həm də Azərbaycan xalqının haqlı  davasının bir daha dünyaya səsləndirilməsi idi. O. çıxışında Azərbaycanın hər zaman sülh tərəfdarı olduğunu vurğulayaraq,  otuz ilə yaxın davam edən erməni təcavüzünə beynəlxalq ictimaiyyət susqun qaldığını dedi. Müzəffər Ali Baş Kamandan çıxışında Beynəlxalq təşkilatların, BMT, xüsusən də  Təhlükəsizlik Şurasının, ATƏT-in işğalçı dövləti məcbur edərək, Azərbaycanın tarixi torpaqlarından çıxarmaqla bağlı olan öhdəliklərini yerinə yetirməmələrini tənqid edərək ötən müddətdə bir dəfə də oldun işğalçı Ermənistana qarşı sanksiya  tətbiq etməmələrini də qınadı.  Əksinə bu “mötəbər” qurumların ötən dövrdə işğalçı ilə, işğala məruz qalanı bərabərləşdirməyə çalışıraq, heç bir vəzifə borclarını  yerinə yetirmədilır. Bu təşkilatların ədalətsizliyi məticəsində Azərbaycanın haqq işinə biganəlik göstərilərək, işğalıçının çirkin niyyətinin əbədiləşdirilməsinə imkan yaradıldı.Əlbəttə müharibədə məsuliyyət daşıyan tərəflərdən biri də məhz beynəlxalq təşkilatlar və Ermənistanı himayə edən siyasi qüvvələr və bəzi ermənipətəst dövlətlər idi", - deyə parlamentari bildirdi.


Deputat xatırlatdı ki, Müzəffər Ali Baş Komandanın Laçında çıxışında bir daha Azərbaycan dövlətinin, onun qəhrəman Milli Ordusunun öz torpaqlarını azad etmək gücündə olduğunu qeyd edib:

"O, çıxışında Azərbaycan xalqınının gücünün Aprel döyüşlərində sübuta yetirdiyini xatırladaraq, düşmənin bütün bu dərslərdən nəticə çıxarmadığını bildirdi. Məhz həm beynəlxalq təşkilatların ermənipərəst mövqeyi, həm də işğalçı Ermənistanın artan təcavüzkar təxribatları faktik olaraq ərazi bütövlüyümüzün bərpası üçün  Azərbaycana müharibədən başqa yol saxlanılmadığını bildirdi.  Bu mənada  vaxt itirmədən “nəyin nə vaxt və necə edə edə biləcəyini” ən gözəl bilən Müzəffər Ali Baş Kamandanımızın rəhbərliyi ilı  qəhrəman ordumuz qısa müddətdə düşmənin məkrli və çirkli planını alt-üst etdi. Milli Ordumuzun rəşadəti ilə rəzil  duruma salınan Ermənistanın uydurduğu mif “əfsanəvi ordu” diz çökdü, rüsvayçı təslimçilik sənədinə imza atdı. 10 noyabr 2020-ci ilsə imzalanmış Kapitulyasiya aktının nəticəsində Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarından öz qoşunlarını çıxarmalı idi və buna əməl etdi. Bildiyimiz kimi bu ilin 26 avqust tarixində isə Laçın şəhəri ilə birlikdə Zabux və Sus kəndləri də işğalçılardan tamamilə təmizləndi. Fəxrlə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan ərazi bütövlüyünü təmin etmiş, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparan dövlət olaraq gücünü həm dosta, həm də düşmənə göstərməkdədir. Hər zaman xalqına güvənən Möhtərəm Prezidentimiz  çıxışında xalqın bu sarsılmaz birliyinin 44 günlük Vətən müharibəsində qazanılan zəfər zamanı bir daha öz gücünü göstərmişdi. O xalqımızın monolit birliyininin hazırda işğaldan azad edilən quruculuq-abadlıq işlərində də özünü göstərir.  Dövlətimizin Başçısının çıxışında yer alan xüsusi məqamlardan biri də son zamanlarda  sərhəddə yaranan son gərginliklə bağlı mesajlar idi. Möhtərəm cənab Prezidentimiz Azərbaycana qarşı yönələn ittihamlara konkret faktlarla cavab verdi.Dövlət başçısı hər hansı sərhəd pozulmasının gülünc arqument olduğunu qətiyyətlə rədd edərək bildirdi ki, sərhədimizin delimitasiyasının aparılmadığı halda heç kəsin Azərbaycanın Şanlı Ordusu haqqında hansısa fikirlər söyləməsi əsassızdır, qərəzlidir  və qəbuledilməzdir. Müzəffər Ali Baş Kamandanımız çıxışında Azərbaycanın sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı  bu vaxta qədər dəfələrlə təklif irəli sürülməsinə baxmayaraq, Ermənistan tərəfi bu təklifə məsuliyyətsiz yanaşıbdır. Bu mənada sərhədlərin qarşılıqlı olaraq tanınmamasının günahkarının  birmənalı olaraq Ermənistan olduğu bildirilibdi. Bununla bağlı Prezidentimiz qeyd etmişdir ki, Azərbaycanın tarixi torpaqları olan Zənhəzur və digər tarixi ərazilərimizlə bağlı danışılan söhbətlərin tamamilə əsassızdır. . Dövlət Başçımız bir daha 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın dəfələrlə təxribat  törətməsinə baxmayaraq,  ölkəmizin  bugün də müzakirələrə hazır olduğunu, delimitasiya üzrə Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşdığını bildirdi.  Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev çıxışında Ermənistanın hər zaman olduğu kimi müzakirələrə konstruktiv yanaşmadığını xüsusi olaraq vurğuladı. 
İki ölkə arasında münasibətlərin normallaşması üçün düşmənin hələ də qərəzli və mürtəce mövqe sərgiləməsinin bölgədə sabitliyə təhlükə olduğunu  söyləyən Dövlət başçımız Laçında üçrəngli bayrağımızın əbədi dalğalanacağını bəyan etdi. Ölkə rəhbəri Azərbaycanın ərazi bütövlüyünü və öz suverenliyini hər zaman qorumaq gücündə olduğunu və bundan sonra da baş verəcək hər hansı hərbi təxribatın və təhdidin günahkarının Ermənistan olduğunu bildirdi. Əksinə sülh sazişindən yayınan  Ermənistanın və onun xarici himayədarlarının hələ də iki ölkə arasında bağlanacaq sülh sazişinə maneçilik törətdiklərini bəyan etdi".

Məlahət İbrahimqızı bildirdi ki, möhtərəm Prezidentimizin Ermənistanla sərhəd olan Laçın səfəri və buradan verdiyi mesajlar Azərbaycan dövlətinin və onun Liderinin gücünün növbəti nümayişi idi:

"Xalqımızın məğlubedilməz Lideri bir daha dünyaya bəyan etdi ki, Azərbaycan xalqı sülhpərvər siyasətinə sadiqdir. Lakin heç vaxt  ölkəmiz ərazi bütövlüyü və suverenlik məsələsində heç kimə zərrə qədər də güzəştə getməyəcək. Sözsüz ki, Ermənistan sülh sazişinin imzalanmasından yayınmaqda davam edərsə və yenidən hərbi təxribatlara əl atarsa, dəmir yumruq və Azərbaycan xalqının sarsılmaz iradəsi, dövlətimizin qüdrəti və Şanlı Milli Ordumuz onların hər cür cavabınl misli ilə verməyə qadirdir", - deyə millət vəkili vurğuladı.

Nərmin VÜQARQIZI