Güclü külək bu rayonu işıqsız qoydu

 18:24 23.09.2022     583

Tovuzda güclü külək bir sıra fəsadlar törədib.

Redaktor.az xəbər verir ki, külək bir neçə kənddə elektrik dirəklərini aşırıb, xətlər qırılıb. Nəticədə rayonun Yuxarı Öysüzlü, Əlibəyli, Mülkülü və Hacallı kəndlərinə elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda “Azərişıq” və digər adiyyatı qurumların əməkdaşları sözügedən kəndlərə ezam olunublar (apa).