Vilayət Eyvazovdan daha bir TƏYİNAT

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Redaktor.az xəbər verir ki. bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytnant Ramil Salayev Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsin rəis müavini vəzifəsinə təyin olunub.
O bundan əvvəl Şirvan Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində çalışıb (oxu.az).