Xaçmazda elektrik enerjisindəki fasilə aradan QALDIRILDI
Xaçmaz rayonunda elektrik enerjisinin verilişində fasilə aradan qaldırılıb.
"Azərişıq" ASC-dən Redaktor.az-a bildirilib ki, hadisədən dərhal sonra təmir bərpa briqadaları ərazilərə yollanıb.
ASC əməkdaşlarının səyi nəticəsində gecə saatlarında elektrik enerjisi verilişi tam bərpa olunub.
Qeyd edək ki, güclü külək səbəbindən dünən axşam rayonun bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin nəqli kəsilmişdi.












