Xırdalanda yeniyetməni avtomobil vurub öldürdü

 23:25 25.09.2022     691

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, “Opel” markalı avtomobil 2005-ci il təvəllüdlü Qasımlı Elcan Şənlik oğlunu vurub.

17 yaşlı gənc aldığı xəsarətlərdən dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən