Fazil Mustafadan Rusiyaya təklif: "Hamısını pulsuz götürüb apara bilərlər"
"Rus məktəblərinə bu axını gördük. Gör hələ fars məktəblərinə izin verilsəydi hansı növbə yaranardı. Yeri gəlmişkən Rusiya İrandan İHA-lar (PUA - red.) alır. Bu Buna görə xeyli də pul ödəyib. Həqiqətən savaşın qarışıqlığında Rusiya başını itirib. Necə olub ki, onlar özlərini bu qədər məsrəfə salıblar. Bütün Azərbaycan doludur İran İHA-ları ilə. Orada buna Şəhid və Mücahid adı veriblər, bizdə də Qumşik. Hamısını pulsuz götürüb apara bilərlər".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa özünün feysbuk hesabında yazıb.
Millət vəkili qeyd edib ki, hansısa sosial şəbəkə seqmentinin qapanmasının əleyhinədir.
"Əksinə imkan yaratmaq lazımdır orada bütün sifətlər ortaya çıxsın. Gizləndilər, nə olsun? Bəs kim mübarizə aparacaq bu təxribatçılarla, düşmənlə əlbir olanlarla, başqa dövlətlərin maraqlarına xidmət edənlərlə? Bir çox hallarda təkbaşına qalırıq böyük bir düşmən şəbəkəsinin qarşısında. Effektli mübarizə olmalıdır. Sadəcə əleyhimizə yazılanları, pozulanları diqqətə alsanız, böyük bir düşmən şəbəkəsinin üstünə gedib çıxarsınız. Qapatmaqla irindən qurtarmaq olmur, savaşmaqla, müalicə ilə olur", - deyə Fazil Mustafa bildirib.
T.İSMAYIL












