Tanınmış jurnalist xəstəxanaya  YERLƏŞDİRİLDİ

 18:36 26.09.2022     495

Tanınmış jurnalist, Lent.az saytının əməkdaşı Səbuhi Məmmədli xəstəxanaya yerləşdirlib.

Redaktor.az xəbər verir ki, jurnalist  Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yatırılıb. Ona yüksək şəkərli diabet və kəskin ürək çatışmazlığı diaqnozu qoyulub.

S.Məmmədli "Modern.az"a vəziyyətinin qənaətbəxş olmadığını deyib.

Onu sözlərinə görə, Mətbuat Şurasının ötən şənbə keçirilmiş VIII qurultayının nümayəndəsi olsa da, həmin gün xəstəxanaya yerləşdirilməsi səbəbindən tədbirə qatıla bilməyib.

Jurnalist hazırda intensiv müalicə aldığını söyləyib.

 

Vumart və Güvən reklamı Vumart Güvən