Yeniyetmə və gənclər arasında “Vətən əmanəti” adlı tədbirlər keçiriləcək

 20:45 26.09.2022     408

“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Şəmistan Əlizamanlının layihə rəhbəri olduğu yeniyetmə və gənclər arasında Vətən müharibəsi qələbəsinin təbliğinə həsr olunmuş “Vətən əmanəti” adlı dörd tədbir-konsert həyata keçirəcək.  

Redaktor.az xəbər verir ki, tədbirlər Ağdam rayonunda və Bakı şəhərində baş tutacaq.

Qeyd edək ki, bu tədbirlərin keçirilməsi cəmiyyətdə vətənpərvərlik ruhunun inkişafına, xüsusən yeniyetmələr, gənclər arasında milli vətənpərvərlik hisslərinin aşılanması və təbliğ edilməsinə dəstək məqsədi daşıyır. Həmçinin dövlət siyasətinə uyğun olaraq gənc nəslin və gənclərin təlim-tərbiyəsində vətənpərvərlik duyğularının aşılanmasıdır.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən