Peyvəndlənmə ilə bağlı son vəziyyət
Azərbaycanda son gündə koronavirus (COVİD-19) əleyhinə 1017 vaksin vurulub.
Redaktor.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 324, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 156, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 458, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 79 nəfərdir.













