​​​​​​​"Azərbaycan xalqı bu günü qürur hiss ilə daima qəlbində yaşadacaq" - Deputat

 20:54 27.09.2022     791

"Anım Günü Azərbaycan Respublikası ali baş komandanı prezident İlham Əliyevin 2020-cil sentyabrın 27-sindən noyabrın 10-a qədər davam edən 2-ci Qarabağ  müharibəsində həyatını itirən, şəhid olan bütün vətəndaşlarımıza aiddir və onların anıldığı gündür. Məlumdur ki, müharibənin başlandığı gün sentyabrın 27-də qeyd olunur. Azərbaycan Respublikasında anım günün təsis edilməsi haqqında sərəncam isə dekabrın 2-də imzalanıb".

Bu sözləri Redaktor.az-a Milli Məclisin deputatı Arzu Nağıyev Anım Günü ilə bağlı fikirlərini bölüşərkən deyib:

“Məqam, məqsəd nədir? Əsas məqam ondan ibarətdir ki, 27 sentybar 2022-ci ildə Ermənistan silahlı qüvvələri geniş miqyaslı bütün sərhəd boyu Azərbaycanın həm cəbhə boyu zonada yerləşən ordunun mövqelərini, həm də dinc yaşayış məntəqələrini hər cürə silahdan minaatanlardan, plemyotlardan, artilleriya qurğularından atəşə tutdu. Bunun nəticəsində çoxlu dağıntılarımız oldu. Məhz vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə belə qərar qəbul olundu ki, bütün cəbhə boyu əks hücum əməliyyatı başlanılsın. Və bu əks əməliyyat da aşlandı. 28 sentyabr qismən Azərbaycanda səfərbərlik elan edildi. Hərbi vəziyyət və komendant saatı tətbiq olundu. Bu qarşıdurma alovlanaraq II Qarabağ müharibəsinə çevrildi. Yəni Ermənistanla aparılan 44 günlük bu müharibədə bütün demək olar ki, işğal altında olan rayonların təbii ki, hamısı mühümdür, lakin ən mühümləri Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Şuşa noyabrın 8-də tam azad olundu.”

Arzu Nağıyev onu da xatırlatdı ki, Noyabrın 10-da Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi sonlandı və atəşkəsin elan olunması haqqında qərar qəbul olunaraq kapitulyasiya aktı imzalandı.

“Eyni zamanda Ermənistanın silahlı qüvvələrinin çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə kominikasiyaların açılması məsələsi bu sənəddə öz əksini tapdı. 27 sentyabrı anım günü kimi qeyd etmək barədə sərəncam zərurətdən doğdu. Ümumiyyətlə, Vətən müharibəsində iştirak etmiş bütün mübariz oğul və qızların şücayəti yüksək qiymətləndirilməlidir. Bütün işğaldan azad olunmuş ərazilərdə Azərbaycan bayrağının dalğalanması canını qurban vermiş şəhidlərimizə dərin ehtiram əlamətidir. Qələbə günü, zəfər günü öz yerində, lakin bu insanlar illər boyu özləri haqqında mif yaratmış Ermənistan ordusunu sındırdılar.  Onların mifini darmadağın etdilər. Eyni zamanda biz dünyaya göstərə bildik ki, mütəşəkkil ali baş komandanın qətiyyəti, həmçinin rəşadətli Azərbaycan ordusunun şücayəti və təbii ki, şəhadəti şərəf sayan Azərbaycan anası, bacısı, valideyni vardır. Ona görə də düşünürəm ki, bu gün Anım günü kimi qeyd olunmalıdır. Təbii ki, dünyada bir sıra anım günləri var, böyük müharibələrin başlandığı günlər, lakin Azərbaycan bu günü də qürur hiss ilə daim qəlbində yaşadacaq ki, məhz bu tarixdə 30 illik həsrətə son qoyan ilk addımlar atıldı. Fikrimcə, bu böyük bir şərəfə, fəxrə layiq addım idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimiz, yaralılarımız tezliklə şəfa tapsınlar! Bu gün Azərbaycan tarixində ən mühüm günlərdən biridir”,- deyə deputat əlavə etdi.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən