Axısxa Türklərinin "Vətən" İctimai Birliyi Şəhidler Xiyabanını ziyarət etdi - FOTO

 21:43 27.09.2022     1066

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “27 sentyabr Anım Günü” ilə bağlı Ulu Öndər Heydər Əliyevin məzarına, 2-ci Fəxri Xiyabana, Şəhidlər Xiyabanına ziyarət təşkil edilib.

Redaktor.az xəbər verir ki, ziyarətdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Müşahidə Şurasının üzvləri, Agentliyin əməkdaşları, 500-ə yaxın qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Azərbaycanda Yaşayan Axısxa Türkləri "Vətən" İctimai Birliyinin üzvləri də bu ziyarətdə iştirak edərək, Ulu öndər Heydər Əliyevin, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəman vətən oğullarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə gül dəstələri qoyublar.

"Dünya hərb tarixinə həkk olunan misilsiz döyüş qabiliyyəti nümayiş etdirərək şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq",- sözügedən birliyin paylaşdığı xəbərdə bildirilir.

HƏMİDƏ

22222
Vumart və Güvən reklamı Vumart Güvən