Ov mövsümünə start veriləcək

 16:11 28.09.2022     390

Oktyabrın əvvəlində Azərbaycanda ov mövsümünün başlanması nəzərdə tutulur.

Redaktor.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda deyib.

O qeyd edib ki, həmin müddətdə quşların ovu üçün icazə veriləcək.

Xatırladaq ki, ov mövsümü adətən sentyabr ayının əvvəli üçün açıq elan edilir. Bu il meşə yanğınlarının baş verməsi ov mövsümünün açılmasını yubatmışdı.

Vumart və Güvən reklamı Vumart Güvən