“Açıq mikrofon” Quba abonentlərinin müraciətləri üçün quruldu

 18:31 29.09.2022     331

"Azəriqaz" İstehsalat Birliyinin Qubada baş tutan “Səyyar qəbul otağı”da ümumilikdə 19 müraciət ünvanlanıb.

Redaktor.az birliyə istinadən xəbər verir ki, bunlardan 8-i kəndilərin qazlaşdırılmasını özündə əks etdirib.

Abonentlərdən Cəlal Məmmədov qaz xəttinin yerinin dəyişdirilməsini, Nazim Məmmədov isə fərdi yaşayış evində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsini xahiş edib.

Aksiyada ünvanlanan müraciətlər Xaçmaz Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən qeydə alınıb. Bəzi problemlərin araşdırılmasına qərar verilib.

  

 

 

Vumart və Güvən reklamı Vumart Güvən