Bakıda keçiriləcək Beynəlxalq Kitab Sərgisində yerlər PULLUDUR?
Oktyanrın 5-dən 9-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakıda Beynəlxalq Kitab Sərgisi keçiriləcək. 16 ölkədən 60 xarici, 130 yerli nəşriyyat və təşkilatın təmsil olunacağı sərgi Şuşa ilinə həsr olunacaq.
Əldə etdiyimiz məlumata görə, kitab sərgisində stend qurmaq istəyənlər hər kv.m üçün 100 manat ödəməlidir. Yəni minimum 6 kv.m olan stend üçün bir iştirakçı 600 manatından keçməlidir. Bu məbləğ böyük çap şirkətləri üçün münasib olsa da, narazı qalanlar çoxdur. Belə olduğu halda bu, sərgidə satılan kitabların qiymətinə da təsir edəcək.
Məsələni dəqiləşdirmık üçün Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq.
Mövzu ilə bağlı Redaktor.az-a Mədəniyyət Nazirliyinin Kitab sərgisi şöbəsindən bildirildi ki, sərgidə iştirak etmək arzusunda olan istənilən şirkətə 6 kv.m-lik yer pulsuz təqdim edilir:
“Sərginin təşkilatçısı olaraq bildiririk ki, Mədəniyyət Nazirliyi hər bir nəşriyyat üçün tam təchiz olunmuş 6 kv.m sahəni pulsuz təqdim edir. Əlavə sahə istəyən nəşriyyat hər 1 kv.m üçün 100 manat ödəyərək əldə edə bilər.”
Həmidə İbrahimova












