"Xocalı soyqırımını törədənlərdən bəzisinin məhkum edilməsi mümkün oldu" - Baş prokuror

 10:16 01.10.2022     313

"Azərbaycanın beynəlxalq məhkəmələrdə Ermənistana qarşı qaldırdığı iddiaların irəli sürülməsində istintaq zamanı əldə edilmiş sübutlardan səmərəli istifadə olunur".

Redaktor.az xəbər verir ki, fikri Azərbaycan Baş Prokuroru Kamran Əliyev deyib.

O xatırladıb ki, Ermənistanın törətdiyi cinayət faktları ilə bağlı mütəmadi olaraq cinayət işləri başlanılıb: "Bəzən həmin şəxslərin Azərbaycana ekstradisiya edilməsi, istintaqa cəlb edilməsində təbii ki, müəyyən çətinliklər olur. Amma bütün bunlara baxmayaraq, İkinci Qarabağ müharibəsindən sonra bu cür bir neçə cinayət törətmiş şəxsləri tapıb istintaqa cəlb etdik. Hətta Xocalı soyqırımında iştirak etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum edilməsi mümkün oldu. Bu işlərin istintaqının başqa bir üstünlüyü və nəticələri də var. O da bundan ibarətdir ki, Azərbaycan hökuməti beynəlxalq məhkəmələrdə, xüsusən beynəlxalq ədalət məhkəməsində Ermənistana və Ermənistan hökumətinə qarşı iddialar qaldırıb. Həmin iddiaların irəli sürülməsində istintaq zamanı əldə edilmiş sübutlardan səmərəli istifadə olunur".

 

 

Vumart və Güvən reklamı Vumart Güvən