Ekvatorial Qvineya Fransanı Beynəlxalq Məhkəməyə verdi
Ekvatorial Qvineya Fransanı korrupsiya ilə mübarizə üzrə beynəlxalq öhdəliklərə əməl etməməkdə ittiham edərək, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Fransaya qarşı iddia qaldırıb.
Redaktor.az xəbər verir ki, işlə bağlı detallar hələ açıqlanmayıb.
“Ekvatorial Qvineya BMT-nin Korrupsiyaya Qarşı Konvensiyasından irəli gələn öhdəliklərini pozması halları ilə bağlı mübahisəyə görə Fransaya qarşı iddia qaldırıb”, - deyə məhkəmə bildirişində qeyd olunur.












