Abdulbari Gözəlin oğluna yüksək vəzifə verildi
"Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurasının sədri dəyişib.
Redaktor.az xəbər verir ki, "Azersun Holdinq” MMC-yə yaxın olan kommersiya bankının səhmdarlarının qərarı ilə Ahmad Gozal (Əhməd Gözəl) Müşahidə Şurası sədri təyin edilib.
Ə.Gözəl Abdolbari Gozalın (Abdulbari Gözəl) oğludur. O bu vəzifədə A.Gozalın digər övladı Zeynab Konyarı əvəzləyəcək.
İndi bankın Müşahidə Şurasında Heydaranlou Firouzi, Alireza Ziyad oğlu və Hakan Şirin Ali üzvdürlər.
Hakan Şirin Ali 2022-ci ilin yanvarında bankın Müşahidə Şurasına üzv seçilmişdi. Bundan əvvəl A.Gozalın digər qızı Leyla Kurt bu vəzifədə idi.
Qeyd edək ki, bankın İdarə Heyətinin daimi sədri hələ ki, təyin edilməyib.
ASB Bank 1996-cı ildə yaradılıb və 60 mln. nizamnamə kapitalına sahibdir.
Kapitalında 98.43%-i "Anadolu Investment Company”ə, 1.00%-i A.Gozalın digər qızı Leyla Gozal Kurta və 0.57%-i isə "Azərbaycan Sənaye Lizinq” şirkətinə məxsusdur (banker.az).












