Ağsuda şəhid Niyaməddin Ələsgərovun anım mərasimi keçirildi - FOTO

 17:00 03.10.2022     677

Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhramancasına vuruşaraq şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri olan Şəhid Ələsgərov Niyaməddin Süleyman oğlunun anım mərasimi Ağsu rayonu Axundlu kəndində qeyd olunub.

Redaktor.az xəbər verir ki, tədbirdə YAP Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi Aqşin Xancanov, DQİDK Şamaxı bölgəsi üzrə nümayəndəsi Tural Vahidov, şəhidin yaxınları, şəhid ailələri, Vətən Müharibəsi qaziləri, müharibə iştirakçıları və kənd sakinləri iştirak edib.

Əvvəlcə Ağsu rayonu Axundlu kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Tədbirdə çıxış edənlər şəhidimizin keçdiyi şərəfli döyüş və ömür yolundan bəhs ediblər.

Sonda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Ələsgərov Niyaməddin Süleyman oğlu 1989-cu il aprelin 13-də Ağsu rayonunun Axundlu kəndində anadan olub. 2020-ci il oktyabrın 3-ü Göygöl rayonu, Toğana kəndi istiqamətində gedən döyüşlərdə hərbi əməliyyatlar zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən, Niyaməddin Ələsgərov ölümündən sonra “Hərbi xidmətlərə görə”, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə " medalları ilə təltif edilib. 

NƏRMİN

22222
Vumart və Güvən reklamı Vumart Güvən