"Azərbaycanda malyariya ilə bağlı məsələ ciddi nəzarət altındadır" - Yaqut Qarayeva

 17:44 03.10.2022     406

"Azərbaycanda malyariya ilə bağlı məsələ ciddi nəzarət altındadır və son illər ərzində malyariyaya yerli yoluxma qeydə alınmayıb".

Redaktor.az xəbər verir ki, bunu TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, xaricdə yoluxmuş malyariya xəstəsi Azərbaycanda aşkar olunarsa, bu xəstələrin diaqnostikası və doğru müalicəsinin aparılması üçün ölkəmizdə bütün şərait mövcuddur.

Y.Qarayeva deyib ki, hazırda birinci növbədə yerli yoluxmanın qarşısının alınması istiqamətində işlər aparılır.

TƏBİB rəsmisi əlavə edib ki, bunun üçün xüsusilə bataqlıqlara, eləcə də su hövzələrinə diqqət edilməsi son dərəcə vacibdir.

Vumart və Güvən reklamı Vumart Güvən