Qarabağda azad edilmiş ərazidə daha bir kütləvi məzarlıq aşkarlandı - FOTO

 14:15 04.10.2022     851

Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb.

Redaktor.az xəbər verir ki, məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb.

Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlanmasından məlum olur ki, quyunun yanındaca güllələniblər.

Hazırda müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri kütləvi məzarlığa baxış keçirir.

Qeyd edək ki, bu ilin fevral ayında da Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanıb.

22
Vumart və Güvən reklamı Vumart Güvən