Vilayət Eyvazovdan yeni TƏYİNAT

 18:39 04.10.2022     436

Daxili İşlər Nazirliyinin Azərbaycanın Qazaxıstandakı səfirliyi yanında nümayəndəsi vəzifəsinə təyinat olub.

Redaktor.az Qaynarinfo-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə bu vəzifəyə polkovnik-leytenant Ənvər Zöhrabbəyli təyin edilib. 

Qeyd edək ki, bir neçə ay əvvəl məşhur diplomat, Azərbaycanın BƏƏ, Pakistan və Əfqanıstandakı keçmiş səfiri Daşqın Şikarovun qardaşı, polis polkovniki Nəsimi Şikarov Daxili İşlər Nazirliyinin Azərbaycanın Qazaxıstandakı səfirliyi yanında nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Vumart və Güvən reklamı Vumart Güvən