Tarixi hamamın damı çayxanaya çevrildi
Sosial şəbəkələrdə "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində yerləşən, 17-ci əsrə aid yeraltı hamamın damının çayxanaya çevrilməsi ilə bağlı görüntü yayılıb.
Sözügedən hamam tarixi abidə olduğu üçün xəbər ciddi müzakirələrə səbəb olub və sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Redaktor.az mövzu ilə bağlı “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi Səfayə Əhmədova ilə əlaqə saxladı.
O, bildirdi ki, məlumat araşdırılır və qısa müddətdə ictimaiyyətə təqdim olunacaq.
Həmidə İbrahimova












