Peyvəndlənmə ilə bağlı son vəziyyət

 16:42 06.10.2022     160

Azərbaycanda son gündə koronavirus əleyhinə 856 vaksin vurulub.

Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 341, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 162, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 301, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 52 nəfərdir.

2