Bu il qazlaşdırma planına əməl edilməyə bilər - SƏBƏB

 12:04 07.10.2022     446

“Bu il qazlaşdırılması nəzərdə tutulan 1 yaşayış massivinin və 16 kəndin qazla təminatını ilin sonuna kimi çatdırmaya bilər”.

Redaktor.az xəbər verir ki, bunu "Açıq qapı" aksiyası çərçivəsində "Azəriqaz"ın şöbə rəisinin müavini İlham Mehbalıyev deyib. Şöbə rəisi bildirdi ki, gecikmənin səbəbi bu il qazlaşdırmanın əvvəlki illərə nisbətən gec başlamasıdır.

“Gecikmə boru çatışmazlığı ilə bağlıdır. Belə ki, Rusiya-Ukrayna müharibəsinə ilə əlaqədar “Azəriqaz” boru təchizatında problemlər yaşayır. Buna baxmayaraq ölkə üzrə qazlaşdırma davam edir”.

Qurum rəsmisinin sözlərinə görə, bu il qazlaşdırılması nəzərdə tutlan 69 yaşayış məntəqəsinin və 62 yaşayış massivindən 5 kənd və 10 yaşayış massivinə qaz verilib:

“Bununla yanaşı 43 kənd və 30 yaşayış massivində qazlaşdırma işləri davam etdirilir. Eyni zamanda 5 kənd və 21 yaşayış massivi istismara qəbul prosesindədir”.

Nərmin VÜQARQIZI

 

 

Vumart və Güvən reklamı Vumart Güvən